Qar yağdı, yollar bağlandı FOTOLAR

Türkiyədə qarın örtdüyü yollarda duzlama başlayıb

Qış artıq öz sərt üzünü göstərməyə başladı. İstiPress-in məlumatına görə, Türkiyədə ötən gündən başlayaraq qar yağır. Artıq ölkənin bəzi əraziləri ağ örpəyə bürünüb. Qarlı hava şəraiti yollarda problemlər yaranmasına səbəb olub.

Şərqi Qara dəniz, Qafqaz və İranı birləşdirən Gümüşhane-Trabzon sərhəddindəki Zigana dağında qarın hündürlüyü 5 sm-ə çatıb. Yol polisi bu yoldan istifadə edən sürücülərə xəbərdarlıq edib.

Sivasda da gün boyu davam edən yağış axşam saatlarında qara keçib. Şəhər mərkəzi belə qarla örtülüb.

Bolu dağında isə qar daha intensiv olub. Bu ərazidən keçən yollarda sürüşmələrin qarşısını almaq üçün yollara duz spilməyə başlanılıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Paşinyan Boltona qulaq asacaq?

C Okt 26 , 2018
Trampın müaşviri “böyük Ermənistan” nağılından əl çəkməyə çağırdı Hələlik Nikol Paşinyan Ermənistan cəmiyyəti üçün oynayır. O, Azərbaycan ilə Dağlıq Qarabağla bağlı danışıqları ləngitməyə çalışır. Bu günlərdə o yenidən bildirib ki, separatçı rejimin rəhbərliyi də danışıqlar prosesinə cəlb edilməlidir. Mənz onların danışıqlarda iştirak etməməsi prosesi ləngidir. Bolton İrəvanda Qarabağ şərti qoydu: Azərbaycanla […]

Sosial

İdman

Video