“Qarabağ” bu gün iki oyuna çıxacaq

Antalyada təlim-məşq toplanışı keçirən “Qarabağ” bu gün 2  yoxlama oyununa çıxacaq.

Astv.news qol.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun kollektivi əvvəlcə Çexiyanın “Siqma” komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 12:30-da start götürəcək.

Ağdam təmsilçisi 2-ci yoxlama görüşündə sabiq futbolçusu Jakub Jezniçakın hazırkı komandası olan Polşanın “Visla”sı ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 18:30-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” bunadək 2 yoxlama oyunu keçirib. Rumınyanın “Akademiya Klinçeni”si ilə 2:2 hesablı heç-heçə edən komanda Qazaxıstanın “Jetisu”sunu minimal fərqlə üstələyib – 1:0.

Milli.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ərdoğandan Türkiyədə baş verən zəlzələ ilə bağlı açıqlama

Şb Yan 25 , 2020
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığda meydana gələn və bir çox əyalətdə hiss edilən zəlzələnin ən az itki ilə atladılması, vətəndaşların can güvənliyinin təmin olunması üçün bütün tədbirlərin alındığını deyib. Astv.news xəbər verir ki, prezident Ərdoğan 6,8 bal gücündə zəlzələdən sonra bu barədə sosial mediada yazıb. Ərdoğan həmçinin qeyd edib ki, […]

Sosial

İdman

Video