“Qarabağ” “Sevilya”ya uduzdu – YENİLƏNİB

“Sevilya” oyuna əlavə olunmuş ikinci dəqiqədə hesab arasındakı fərqi artırıb. İsrailli Munas Dabbur ikinci qolu “Qarabağ”ın qapısından keçirib.

Bununla da oyun 2:0 “Sevilya”nın qələbəsi ilə başa çatıb.

1:15

61-ci dəqiqədə “Sevilya”nın futbolçusu Brayan Xil hesabı açdı – 1:0.

00:50

Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində baş tutan “Sevilya” – “Qarabağ” matçının ilk hissəsi yekunlaşıb. Hələlik oyunda qol vurulmayıb – 0:0.

00:01

UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində keçirilən “Sevilya” – “Qarabağ” matçı başlayıb.

Matç Sevilyanın “Ramon Sançes Pisxuan” stadionunda keçirilir.

22:52

UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində “Sevilya” – “Qarabağ” klubları arasında noyabrın 28-də İspaniyada keçiriləcək qarşılaşma üçün komandaların start heyətləri açıqlanıb.

“Qarabağ”ın  heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rahil Məmmədov, Abbas Hüseynov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Zubir və Xayme Romeo yer alıblar.

“Sevilya”nın heyətində isə meydana Bunu, Poso, Serxio Qomes, Daniel Karrisu, Eskudero, Roni Lopeş, Qudel, Oliver Torres, Munir, Dabbur və Ernandes çıxacaqlar.

Qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Məhəmməd Əl-Hakimidir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ağcabədidə iki maşın toqquşdu, iki nəfər yanaraq öldü

C Noy 29 , 2019
Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Avşar kəndində “VAZ” markalı iki maşın toqquşub. Nəticədə, avtomobillərdən birinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan iki nəfərin yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Oxunma sayı […]

Sosial

İdman

Video