“Qarabağ”ın uduzması ilə Azərbaycan Qazaxıstanı keçə bilməyəcək

Avrokubokların qrup mərhələsinin V turundan sonra UEFA reytinqi açıqlanıb.

Astv.news xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə “Sevilya”ya 0:2 uduzduğundan, ölkəmizin aktivindəki xal sayı və mövqeyi dəyişməyib.

Azərbaycanın cari mövsümdəki əmsalı 3,125-ə bərabərdir. Son beş ilin nəticələrinə görə hesablanan reytinqimiz isə 18,500-dür. Bununla da ölkəmiz Avropada 26-cı sırada qalıb.

Qazaxıstan təmsilçisi “Astana”nın qələbəsi ilə bu ölkənin hesabı 19,250-yə çatıb. Bu o deməkdir ki, Azərbaycan son turda yalnız bir pillə irəliləyə bilər. Təmsilçisi qalmayan Belarusu (18,875) keçmək üçün “Düdlanj” üzərində qələbə lazım gələcək. Qazaxıstan isə cari mövsüm əlçatmaz olacaq.

Qeyd edək ki, cədvəlin ilk pilləsində İspaniya qərarlaşıb.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Milli Məclis gələn ilin büdcəsini qəbul etdi

C Noy 29 , 2019
Milli Məclisin iclası başlayıb. Astv.news məlumatına görə, iclasın gündəliyinə 22 məsələ daxildir. İclasda Baş nazir Əli Əsədov da iştirak edir. İclasda “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Həmçinin “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci […]

Sosial

İdman

Video