Qaradağda 17 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. Belə ki, yanvarın 15-də Bakı-Qazax yolunun 36-cı kilometrliyində Sahil qəsəbəsi ərazisindəki YPX postunda Bakı şəhər sakini olan T.Kərimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

DİN-in mətbuat xidmətindən Astv.news-ə verilən məlumata görə, onun sərnişini paytaxt sakini Andrey Fomenkonun üzərinə baxış keçirilən zaman 6,427 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxsin çantasına baxış zamanı oradan 16 kiloqram 250 qram marixuana və 470 qram heroin aşkar edilib.

Faktla bağlı saxlanılan şəxs barəsində Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.Əməliyyat və istintaq tədbirləri davam etdirilir.M

Posted in Din

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Daha bir məşhur azərbaycanlı müğənni HƏBS EDİLDİ - FOTO

C Yan 18 , 2019
Bakıda tanınmış müğənni, “Velizadə prodakşn”ın rəhbəri Tural Vəlizadə həbs edilib.  Astv.news oxu.az-a istinadən xəbər verir ki, T.Vəlizadə dörd nəfərə qarşı dələduzluqda ittiham edilir. Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert vermələrini təmin edəcəyinə söz verib. T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min ABŞ […]

Sosial

İdman

Video