Qaxda bir gündə 4 nəfəri it dişləyib – İkisi azyaşlıdır

Qaxda bir gündə ikisi azyaşlı olmaqla 4 nəfəri it dişləyib.

Astv.news APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Güllük kənd sakini, 2016-cı il təvəllüdlü Rəşid Şahin oğlu Mirzəyev başın və üzün cırılmış-didilmiş yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı məlum olub  ki, sahibsiz it 4 yaşlı R. Mirzəyevin yaşadığı evin həyətyanı sahəsinə soxularaq ona xəsarət yetirib. R. Mirzəyevə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Məlumatda bildirilir ki, fevralın 16-sı gün ərzində ikisi azyaşlı olmaqla dörd nəfər it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

Milli.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bu da ağır xəstəlikdən əziyyət çəkən Xalq artistinin oğlu - İlk dəfə göründü - FOTO

Be Fev 17 , 2020
Xalq artisti Rafael Dadaşov kamera önünə keçib. Astv.news  xəbər verir ki, sənətkar heç vaxt efirlərdə görünməyən 49 yaşlı oğlu Emil ilə onun evindən “Şou ATV” kollektivinin çəkiliş etməyinə icazə verib. Xalq artisti Rafael Dadaşov açıqlamasında “Oğluma demişəm ki, gəl biz gələn il salamatçılıq olsun, yubiley edək. Yəni, mənim 75 illiyimi, Emilin […]