Qaydanı pozan “Lexus” ağır yol qəzası törətdi: 2 ölü, 3 yaralı – VİDEO

Rusiyanın Voloqodsk əyalətində iki nəfərin ölümü 3 nəfərin də xəsarət alması ilə nəticələnən ağır yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Astv.news avtosfer.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 12-də Moskva – Arxanqlesk avtomagistralının Verxovajsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkət edən “Lexus” markalı minik avtomobili “ötmə əməliyyatı” etmək qadağındır işarəsinə məhəl qoymayaraq ötmə əməliyyatını yerinə yetirəndən sonra yolun buzlu və qarlı olması səbəbindən idarəetmədən çıxaraq qarşı zolaqdan gələn qoşqulu “Mitsubishi Pajero” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən “Lexus” yol kənarına düşüb, “Mitsubishi”i isə yolun əks istiqamətinə keçib və bu arda hərəkət olan “Kia Spectra”a ona çırpılıb.

Nəticədə “Kia”nın 33 yaşlı qadın sərnişini ilə “Lexus”un 46 yaşlı qadın sərnişini hadisə yerində dünyalarını dəyişiblər. Daha 3 nəfər isə xəstəxanaya çatdırılıblar.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Milli.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycan Səhiyyəsi üçün biabırçılıq: 5 ay heç kimin xəbəri olmadı - FOTO

Ça Yan 14 , 2020
Gəncə şəhərində şok hadisə yaşanıb. Astv.news  baku.ws-ə istinadən xəbər verir ki, həkimlər 1953-cü il təvəllüdlü Orucova Laləzar Məhməmməd qızını əməliyyat edərkən bədənində qayçı qoyub. Belə ki, Laləzar Məmmədova yay aylarında Gəncə Şəhər Təcili Tibbi Yardım Xəsəxanasında yırtıq və öd əməliyyatı edilib. Bir neçə gün sonra evə buraxılıb. Lakin zaman keçdikcə […]