Qobustan stansiyasında transformatorda yanğın olub

Qobustan stansiyasının ərazisində “Azərişıq” ASC-yə məxsus transformatorda yanğın olub.

Astv.news Trend-ə istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Yanğının söndürülməsinə FHN-in yanğınsöndürmə briqadaları, Biləcəri və Hacıqabul yanğınsöndürmə qatarları cəlb edilib. Yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, qatarların hərəkətində fasilə yaranmayıb.

Yanğına texniki nasazlıq səbəb olub.

Milli.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Yeni teleskop Yerə bənzər planetlər axtaracaq

Şb Yan 4 , 2020
ABŞ Kosmik Agentliyinin (NASA) yeni “HabEx” teleskopu şəraitinə görə Yer kürəsinə bənzəyən planetlərin axtarışı ilə məşğul olacaq. Layihənin dəyəri 7 milyard dollardan çox qiymətləndirilir. Astv.news Trend-ə istinadən bildirir ki, Yer kürəsində baş verə biləcək mümkün potensial ekoloji fəlakətlər və əhali sayının artımı ilə əlaqədar gələcəkdə bəşəriyyət “ehtiyat planetə” ehtiyac duyacaq. Bu […]

Sosial

İdman

Video