Qonaq gələn 2 gənci güllələyib avtomobildə yandırdı – VİDEO – FOTO

Rusiyanın Altay əyalətində polis əməkdaşları iki tanışını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

Astv.news avtosfer.az-a istinadən xəbər verir ki, içərisində iki nəfərin meyiti olan yanmış avtomobil bu il yanvarın 10-da rayon ərazisində aşkar edilib.

Məlumata görə, Barnaul sakinləri olan iki gənc şəxsi avtomobildə Bobrovikaya tanışlarının yanına gəliblər. Lakin naməlum səbəblərdən onların arasında mübahisə yaşanıb. Sonra şübhəli şəxs odlu silahdan atəş açaraq hər iki qonağı öldürüb. Cəsədləri avtomobilin arxa oturacağına qoyaraq Zaton qəsəbə ərazisinə gətirib və nəqliyyat vasitəsini yandıraraq hadisə yerindən qaçaraq gizlənib.

Bundan sonra əyalət polisi, müraciət əsasında əməliyyat-axtarış tədbirlərinə başlayıb və iki nəfərin ölümündə şübhəli bilinən 35 yaşlı Bobrovik rayon sakinini saxlayıb. Aparılan sorğu-sual zamanı o, törətdiyi cinayəti boynuna alıb.

Onun yaxın günlərdə hakim qarşısına çıxarılacağı gözlənilir.

Milli.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycan üçün yeniyetmələrin Qış Olimpiadası başa çatdı - FOTO

Ça Yan 14 , 2020
İsveçrənin Lozanna şəhərində keçirilən yeniyetmələrin III Qış Olimpiya Oyunları Azərbaycan üçün başa çatıb. Astv.news xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi Yekaterina Ryabova yarışı başa vurub. 16 yaşlı rusiyalı fiqurlu konkisürən sərbəst yarışda 169.37 xal qazanıb. O, bu nəticə ilə səkkizinci ola bilib. Birinci yeri Younq You (Cənubi Koreya) tutub. Gümüş […]