Qoşulub qaçan qudalardan biri canlı efirə gəldi: “Qoşulub qaçmamışam…”

“Qoşulub qaçmamışam. Sumqayıta kimi getmişəm”

Astv.news xəbər verir ki,artıq bir neçə gündür gündəmi zəbt edən qoşulub qaçan qudalardan biri iki oğlu ilə bərabər Atv telekanalında Zaur Baxşəliyevin aparıcılıq etdiyi “Biizmləsən” layihəsinə gəlib. Qadının yaşca kiçik oğlu studiyada çıxışı zamanı hər iki tərəfdən söz-söhbət olduğu üçün anası ilə bərabər evdən getdiyini açıqlayıb:

“Mən Rizvan bəyə zəng etdim ki, bizi kənddən çıxar”.

Daha sonra qaçdığı deyilən qadın getməsinə aydınlıq gətirib. Qadın onun haqqında deyilənləri təkzib edib:

“Oğlumla qudam Rizvan arasında söz-söhbət oldu. Gördüm ki, bunun axırı yaxşı qurtarmır. Telefonumun enerjisi bitdiyindən çıxan xəbərlərdən məlumatım olmayıb. Mən onunla bir yerdə olmamışam. Qoşulub qaçmamışam, Sumqayıta kimi getmişəm. Ondan sonra xəbərim olmayıb. Bizim şəklimiz onlar tərəfindən yayımlanıb. Nə məlumat varsa onlar tərəfindən yayılıb. Qız tərəfi hətta səksən yaşına çatan nənəmə kimi söz qoşublar”.

Sonxeber.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Zaqatalada narkobaron tutuldu - FOTO

Ça Yan 7 , 2020
Zaqatala rayonunda narkobaron saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, narkotik vasitələrin saxlanılması və onun satışı ilə məşğul olan Zaqatala şəhər sakini, əvvəllər də məhkum olunmuş 42 yaşlı Rəşad Hünərbəri tutulub. Qanunvericiliklə müəyyən edilmiş qaydada onun yaşadığı evə baxış keçirilən zaman oradan […]