Qovaq ağacı kəsdi, cinayət işi başlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Oğuz rayonu Xaçmazqışlaq kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat araşdırılıb.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı qovaq ağacının kəsildiyi və təbiətə 8400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Araşdırma zamanı ağacın Qəbələ rayon sakini İlqar İslamov tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz Rayon Prokurorluğuna göndərilib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Astarada narkotacir saxlanıldı: Evindən dörd kiloqramdan artıq narkotik çıxdı

Ca Apr 2 , 2020
Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 kiloqrama yaxın narkotik vasitə, əlavə olaraq psixotrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində […]