Qubada mübahisə qanlı bitdi

Qubada keçmiş məhkum Digah kənd sakinini bıçaqlayıb.

Bununla bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Belə ki, Quba rayonu Digah kənd sakini Coşqun Həsənbəyov bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən Bakı şəhər sakini, əvvəllər narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuş 44 yaşlı Rəşad Aydəmirov saxlanılıb.

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, C.Həsənbəyova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda gecə ərzində daha iki piyada vuruldu

Be Yan 13 , 2020
Bakıda baş vermiş yol-nəqliyyat hadisələri zamanı 2 piyada xəsarət alıb. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş vermiş qəzada yolu keçən 1989-cu il təvəllüdlü Sadıqova Esmira Təmraz qızı xəsarət alıb. Hadisəni törədən sürücü ərazidən yayınıb. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona çanaq oynağının əzilmiş yarası diaqnozu qoyulub. Digər hadisə Nəsimi rayonunda […]