Ramil Usubov bu rayonlara yeni polis rəisləri təyin etdi — SİYAHI

Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev tutduğu vəzifədən azad edilərək Yevlax rayon Polis Şöbəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə şöbəsinin rəisi Vidadi Qurbanov tutduğu vəzifədən azad edilərək Qax rayon Polis Şöbəsinin rəisi, Zərdab rayon Polis Şöbəsinin rəisi Teymur Hacıyev tutduğu vəzifədən azad edilərək Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, Balakən rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”a yeni təyinatları təsdiqləyib.

Posted in Din

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Nazirdən ciddi tapşırıq: "Şəffaflıq təmin edilməlidir"

Ca Fev 14 , 2019
2019-cu ildə vergi sistemində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığında rəqəmsal texnologiyalardan daha geniş istifadə olunması, vergi qanunvericiliyinin tətbiqi sahəsində vergi nəzarətinin və auditin keyfiyyətinin yüksəldilməsi, habelə vergi işçilərinin peşəkarlıq səviyyəsinin artırılması əsas prioritet istiqamətlər olacaq.Bunu vergilər naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxışı zamanı deyib. İri, orta və kiçik sahibkarlıq subyektləri […]