Renat Dadaşov İngiltərə klubunda iki qol vurdu

Azərbaycan millisinin üzvü Renat Dadaşov İngiltərənin “Vulverhempton” klubunda ikinci oyununa çıxıb.

Astv.news xəbər verir ki, Dadaşovun formasını geyindiyi “Vulverhempton”un 23 yaşadək komandası (U-23) Birminqem Senior Kuboku çərçivəsində səfərdə “Tivideyl” klubu ilə qarşılaşıb.

Görüş “Vulverhempton”un 6:0 hesablı qələbəsiylə başa çatıb. Oyuna start heyətdə çıxan Dadaşov iki qol vurub. O, 31 və 55-ci dəqiqələrdə fərqlənib.

Bununla da “Vulverhempton” 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə onların rəqibi “Leminqton” komandası olacaq.

Qeyd edək ki, Renat Dadaşov beş gün əvvəl Premyer Liqa 2-də “Bləkbörn Rovers”lə görüşdə start heyətdə meydanda olmuşdu. Həmin matçda “canavarlar”ın U-23 komandası qonaq komandaya 0:1 hesabı ilə uduzmuşdu.

Hazırda çempionatda 11 xalla sondan ikinci – XI sırada olan “Vulverhempton”un gənc komandası yanvarın 20-də Premyer Liqa Kubokunda “Derbi Kaunti” ilə qarşılaşacaq. Qalib komanda bu turnirin qrup mərhələsində liderliyə yüksələcək.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

ABŞ Konqresi 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verdi

Ç Yan 15 , 2020
ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Pol Qosar (Paul Gosar) 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanatla çıxış edib. Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata əsasən, bəyanatda Azərbaycanda “Qara Yanvar” kimi yadda qalan faciənin 1990-cı ilin yanvar ayında baş verdiyi, o zamankı SSRİ rəhbərliyinin azadlığı boğmağa və Azərbaycan xalqına […]

Sosial

İdman

Video