Respublikaçılar qondarma erməni “soyqırımı” ilə bağlı qətnamənin qəbulunun qarışısını aldılar”-RƏY

ABŞ Senatında “erməni soyqırımı” qanununa 3 dəfə veto qoyulub. Mətbuatın yazdığına görə bu dəfə respublikaçı senator Kevin Kramer “erməni soyqırımını” tanınması qərarının səsverməsini veto edib.Bundan əvvəl senatorlar Lendsi Qrem və Devid Perdue “soyqırımı” qərarını veto edib. Türkiyənin ABŞ-la münasibətinin pisləşməsindən sevinən erməni lobbisi növbəti dəfə Vaşinqtonda qondarma soyqırımı rəsmiləşdirməyə çalışması cəhdi uğursuzluğa düçar olub. Praqmatik siyasət lobbi gücünü üstələyib.

Bununla bağlı Sonxeber.az-a danışan Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, ABŞ Senatı respublikaçıların nəzarətindədir: “Respublikaçılar Türkiyə ilə münasibətlərə önəm verirlər. Digər tərəfdən Donald Tramp Türkiyə ilə münasibətləri gərginləşdirmək istəmir. Bu məsələdə respublikaçılar Trampa müəyyən qədər dəstək verirlər. Buna görə də Nümayəndələr Palatasının qəbul etdiyi qondarma erməni “soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməsinin qarşısını alırlar. Buna baxmayaraq erməni lobbisi fəaliyyətini dayandırmır. Müxtəlif təşəbbüslərlə çıxış edirlər. Düşünürəm ki, gələcəkdə də bu təşəbbüslər davam etdiriləcək. Amerikada türklərə nisbətən erməni lobbisi daha güclüdür. Bu dəfə alınmasa da yenidən gələn dəfə eyni təşəbbüslə çıxış edəcəklər”.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bratislava görüşünün nəticəsi - işğalçının toxunulmazlığı - ŞƏRH

C Dek 6 , 2019
Dünyada münaqişələrin həll edilmədiyi daha bir il arxada qalır. Dekabrın 5-də Bratislavada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı sessiyası keçirilib. Təşkilata üzv 57 dövlətin xarici işlər nazirləri təhlükəsizlik sahəsində daha kəskin məsələni müzakirə edib və problemlərlə bağlı fikir mübadiləsi aparıblar. 2019-cu ildə quruma Slovakiya sədrlik etdiyindən toplantı da bu ölkənin […]

Sosial

İdman

Video