Rusiyada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi – VİDEO

Sakit okeanda Rusiyanın Şimali Kuril adalarından 250 km aralıda 7,2 bal gücündə zəlzələ baş verib.

“Mash” “Telegram” kanalının məlumatına görə, yeraltı təkanlar adalarda hiss olunub.

Təbii fəlakət nəticəsində elektrik enerjisinin verilməsində fasilələr yaranıb, istilik boruları zədələnib, bir sıra binalara ciddi zərər dəyib.

Bundan əlavə, Kuril adalarına doğru okeandan böyük dalğa gəlir. Bununla əlaqədar olaraq, Paramuşir adasından 400 nəfər təxliyyə olunub.

 

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda birmərtəbəli ev yanıb kül oldu

Ç Mar 25 , 2020
Salyan rayonunda yanğın baş verib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, rayonun Birinci Varlı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb. Oxunma sayı : 6

Sosial

İdman

Video