Rusiyada iki maşın buzlu çaya aşıb: ölənlər var

Rusiyanın Xabarovsk vilayətində qanunsuz keçidlə Amur çayını keçən iki avtomobil buzlu suya aşıb.

“RİA Novosti” xəbər verir ki, nəticədə iki nəfər ölüb, bir nəfər xilas ola bilib.

Məlumatda deyilir ki, dünən gecə üç avtomobil balıq ovundan Xabarovsk şəhərinə qayıdırmış.

Voronejskoe-3 kəndinin yaxınlığında iki avtomobil buzlu suya aşıb.

“İlk növbədə suya “UAZ Patriot” avtomobili aşıb. Onun içində olan iki kişi avtomobili tərk edə bilməyiblər. Arxadan gələn “Toyota Rush” avtomobili də batmağa başlayıb. Lakin onun sürücüsü cəld tərpənərək pəncərədən çıxa bilib. Üçüncü avtomobilin bəxti gətirib. O təhlükəli əraziyə çatmamış bərk buzun üstünə qayıda bilib”, – məlumatda deyilir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Antarktidada anomal istilər müşahidə olunur

C Fev 14 , 2020
Braziliyalı alimlər Antarktidada yeni temperatur rekordunu qeydə alıblar. “The Guardian” xəbər verir ki, Seymur adasında havanın temperaturu +20,75 dərəcəsinədək yüksəlib. Qeyd etmək lazımdır ki, fevralın altısı argentinalı alimlər “Esperanta” bazasında havanın temperaturunun +18,3 dərəcəsinə qalxmasını təsbit etmişdilər. Məlumata əsasən, isti hava Antarktidanın bütün bölgələrində qeydə alınıb. Qeyd etmək lazımdır ki, […]

Sosial

İdman

Video