Şəhid ailələri və Qarabağ əlillərinə bu il 1500 mənzil veriləcək – İlham Əliyev

Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir. Bu məsələ ilə bağlı mən Sizə göstəriş vermişəm. Əgər keçən il 934 mənzil verilmişdisə, bu il hesab edirəm ki, 1500 mənzil verilməlidir.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə söyləyib.

“Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı müvafiq göstərişlər versinlər. Beləliklə, əgər biz buna nail olsaq, əminəm ki, buna nail olacağıq, onda növbədə cəmi 2000 ailə qalacaq. Onları da biz yaxın illərdə evlərlə təmin edəcəyik”, – deyə dövlətimizin başçısı bildirib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Narkoloji Mərkəzin direktoru işdən çıxarıldı - YENİ TƏYİNAT

Ça Yan 14 , 2020
Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsindən azad edilib. Astv.news xəbər verir ki, bu barədə Səhiyyə Naziri Oqtay Şirəliyev əmr imzalayıb. 14.01.2020-ci il tarixli əmrə əsasən, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Səhiyyə Nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının […]

Sosial

İdman

Video