Səhiyyə Nazirliyi: Çindən gələnlər üçün xüsusi tibb müəssisəsi ayrılıb

Koronavirusla əlaqədar Çinin Uhan şəhərindən Azərbaycana gələnlərin sərhəd-keçid məntəqələrində yoxlanışından sonra onların tibbi müşahidədə saxlanılması üçün xüsusi tibb müəssisəsi ayrılıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvar ayının 30-da Uhan şəhərindən Azərbaycana gələn bir neçə tələbə həmin tibb müəssəsində həkim nəzarətindədir. Həkimlərin verdiyi məlumata əsasən, tələbələrin heç birində koronavirus xəstəliyinin əlamətləri yoxdur. Karantin müddəti bitdikdən sonra tələbələr evə buraxılacaqlar:

“Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, Çində yayılan koronavirus Azərbaycan ərazisində aşkarlanmayıb”.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Xızıda silah-sursat tapıldı

C Yan 31 , 2020
Xızı rayonunda silah-sursat tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Unikal.org-a verilən məlumata görə, yanvarın 30-u saat 17:07-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonunun giriş hissəsinə yaxın olan ərazidə 5-6 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat və kinolojı qrupları, […]

Sosial

İdman

Video