Səhiyyə Nazirliyi: Koronavirusla əlaqədar Kiniki Tibbi Mərkəzə 2 nəfər yerləşdirilib

Koronavirusa yoluxma şübhəsi ilə Kiniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 1996-cı il təvəllüdlü Çin vətəndaşı sonuncu dəfə 19 yanvar tarixində Çində olub: “Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq”.

Nazirlikdən bildirilib ki, 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Çində təhsil alır: “Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, buna baxmayaraq, inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq. Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar”.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycan nefti ucuzlaşıb

Be Fev 3 , 2020
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 62,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,9 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,18 dollar/barel təşkil edib ki, bu da […]

Sosial

İdman

Video