Şəkidə evdən qızıl və pul oğurlayan gənc saxlanıldı

Şəki Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) ərizə ilə müraciət edən şəhər sakini yaşadığı evdən özünün olmadığı müddətdə qızıl-zinət əşyaları və pulun oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən 18700 manat dəyərində qızıl sikkələrin və 3100 ABŞ dollarının oğurlandığı müəyyən olunub.

Şəki ŞRPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən – Şəki şəhər sakini, 19 yaşlı Abdullətif Əliyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızılların bir qismi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. A.Əliyevin digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bu seçki dairələrinin hesabatı “natamamdır”

Ca Fev 13 , 2020
Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar üç seçki məntəqəsi hesabat verməyib. Astv.news  bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilən “dairələr üzrə lider namizədlər” cədvəlinə istinadən xəbər verir. Həmin məntəqələrdən ikisi 111 saylı Zaqatala-Balakən Seçki Dairəsinə aiddir. 123 saylı Kəlbəcər Seçki Dairəsinin bir seçki məntəqəsi də hesabat verməyib. Qeyd edək ki, […]

Sosial

İdman

Video