Səudiyyə Ərəbistanı müqəddəs məkanlara ziyarəti dayandırdı

Səudiyyə Ərəbistanı Məkkədə Ümrə (kiçik həcc) yerinə yetirmək və Mədinədəki Peyğəmbər məscidini ziyarət etmək məqsədi ilə ölkəyə girişin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə krallığın Xarici İşlər Nazirliyindən bildirilib.

Bundan əlavə, koronavirusun yayılması təhlükəsi olan ölkələrə turist vizalarının verilməsi də dayandırılıb.

Qeyd edək ki, 39 ölkədə 80 988 koronavirusa yoluxma halı qeydə alınıb. Bunlardan 96,5 faizi Çində müəyyən edilib.

 

Posted in Din

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda daha bir dəhşətli cinayət: Kişi keçmiş arvadını öldürüb, evi yandırdı

Ca Fev 27 , 2020
Salyanda yanğın hadisəsi törədilib. Report xəbər verir ki, hadisə Əliağa Kürçaylı küçəsində qeydə alınıb. Belə ki, həmin küçədə yaşayan Nübubət adlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib. Qətli törədən şəxs sonradan qadının evini yandırıb. Hazırda yanğının baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin Salyan Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası […]

Sosial

İdman

Video