Saatlı sakinindən narkotik maddə götürülüb

 Astv.News AZƏRTAC-a istinadən bildirir ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Saatlı rayonu Azadkənd kənd sakini Zeyqəm Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Onun üzərində axtarış aparılan zaman əlindəki polietilen torbadan 265 qram, ona məxsus fərdi yaşayış evinin həyətindəki tikilidən isə 130 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

“Bəstəkarlar İttifaqının Heydər Əliyev Fondunun musiqi layihələrində iştirakı” mövzusunda konfrans keçirilib

Ç May 8 , 2019
Astv.News AZƏRTAC-a istinadən bildirir ki, Mayın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 15 illiyinə həsr edilmiş “Bəstəkarlar İttifaqının Heydər Əliyev Fondunun musiqi layihələrində iştirakı” mövzusunda elmi-praktik konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz […]