Sabahın hava proqnozu açıqlandı: Duman, külək, çiskin

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 776 mm civə sütunundan 771 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Yeniyetmələr “Quran” kursuna oğurluğa getdi: Kassa açılmadı - VİDEO

C Fev 14 , 2020
Türkiyənin Konya şəhərində üç yeniyetmə “Quran” kursundan oğurluq etmək istəyib. Bu barədə “Haber Global” məlumat yayıb. Şübhəli şəxslərin görüntüləri təhlükəsizlik kamerasına əks olunub. Onlar əvvəlcə otaqlardan birinin qapısını açmağa çalışıblar. Yeniyetmələr aça bilmədikləri qapını qıraraq otağa daxil olublar. Onlar polad kassanı aça bilməyiblər. Faktla bağlı araşdırma başlayıb. Oxunma sayı : 14