Sabunçu qəsəbəsindən şəhər mərkəzinə getmək asanlaşdı

Astv.News Aztv.az-a istinadla bildirir ki, Dövlət başçısının iştirkaı ilə dünən Sabunçu Dəmir Yolu Vağzalı Kompleksinin açılışı oldu. Artıq rayon sakinləri Sabunçu qəsəbəsindən şəhər mərkəzinə getmək üçün uzun məsafə qət etməyəcəklər. Əməkdaşımız sözügedən vağzalda olub.

Artıq vətəndaşlarımız bir yerdən başqa bir yerə getmək üçün təkcə avtobus və taksilərdən istifadə etmirlər. Onlar həm də rahatlığı ilə seçilən dəmiryolu vağzallarında sürət qatarlarından faydalanırlar. Çünki  bununla mənzil başına həm rahat çatırlar, həm dəki tıxaclara düşmədən az vaxt sərf edirlər. Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Sabunçu dəmiryolu vağzalı da elə bu məqsədlə yenidən qurulub. Rayon sakinləri deyirlər ki, əvvəllər Sabunçu qəsəbəsindən şəhər mərkəzinə getmək üçün uzun məsafə qət edirdilər.

Vağzalda ən vacib məqamlardan biri də müasir dizaynla tərtib olunan istirahət guşələri, həmçinin  hərəkəti məhdud olan insanlar üçün xüsusi şəraitin yaradılmasıdır. Prezident İlham Əliyev vağzalın açılışından sonra yaxınlıqda yerləşən ərzaq mağazasında yaradılan şəraitlə də tanış olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir