ŞAD XƏBƏR – Ölkəni tərk etmədən xarici universietin diplomunu almaq mümkün olacaq – VİDEO

Azərbaycanlı tələbələr ölkəni tərk etmədən dünyanın nüfuzlu univeristetlərinin diplomlarını ala biləcək.

Bu yenilik xarici professorların Azərbaycana gəlməsi ilə mümkün olacaq. Bunun üçün Nazirlər Kabineti beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydalarını təsdiq edib.

Universitetlər bu sahədə Dövlət Neft Fondu, beynəlxalq təşkilatlar, xarici və yerli investorların vəsaitlərindən müəyyən edilən qaydalar çərçivəsində istifadə edə bilərlər. Prosesə nəzarət isə Təhsil Nazirliyinin nəzdində yaradılacaq Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən həyata keçiriləcək. Artıq bəzi universitetlərlə ilkin danışıqalara da başlanılıb.

Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib ki, artıq Azərbaycan Dövlət Pedaqoji Univeristetlə Amerikanın nüfuzlu Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üçün danışıqlar gedir və yaxın gələcəkdə müqavilənin imzlanması gözlənilir.

Qeyd edək ki, tələbələr ikili diplom proqramına hər iki univesitetin müəyyən edəcəyi kriteriyalar əsasında seçiləcək.

Xəzər TV mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Əfv Komissiyasında Ramiz Mehdiyevi kim əvəzləyəcək?

C Noy 22 , 2019
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən azad olunması və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilməsi Əfv Komissiyasının sədri postu ilə bağlı müəmmalar yaradıb. Komissiyanın sədri vəzifəsini icra edən R.Mehdiyevin yüksək postu tərk etməsindən sonra hələ də Əfv Komissiyasına rəhbərlik edib-etmədiyi məlum deyil. Komissiyanın üzvü, hüquqşünas Əliməmməd Nuriyev “Yeni Müsvata”a açıqlamasında […]

Sosial

İdman

Video