Şamaxıda AVRO-2020 üçün düşərgə təşkil olunub – FOTO

Şamaxıda yerli və xarici media nümayəndələri üçün düşərgə təşkil olunub.

Oxu.Az xəbər verir ki, düşərgədə yerli media nümayəndələri ilə yanaşı, Türkiyədən (TRT, “Haber Global”) və Rusiyadan (Sports.ru) da dəvət olunmuş jurnalistlər iştirak edib.

İki gün davam edən düşərgədə əvvəlcə AVRO-2020-nin Bakıda keçiriləcək dörd oyunu, bilet satışı, təşkilatçılıq məsələləri ilə bağlı ümumi təqdimat nümayiş olunub. Təqdimatı AVRO-2020-nin Bakı üzrə Kommunikasiya mütəxəssisi Kamran Talıbov edib.

Daha sonra jurnalistlərdən ibarət komandalar arasında atıcılıq, bilyard, boulinq və stolüstü tennis üzrə yarışlar keçirilib. Atıcılıq yarışında Oxu.Az-ın Şamaxıda təşkil olunan düşərgədə iştirak edən əməkdaşı Səbuhi Musayev hamıdan çox dəqiq hədəfi nişan ala bilib.

Bununla belə, ümumi komanda hesabında digər iki yarışda qalib olmuş Sports.ru-nun əməkdaşlarından ibarət komanda kuboka yiyələnib. Həmçinin bildirilib ki, bütün iştirakçılara iyunun 13-də keçiriləcək Uels – İsveçrə oyunu üçün iki bilet veriləcək.

Tədbirin son günündə isə jurnalistlər dövlətə məxsus – 2018-ci ildə açılmış “Şirvan Şərabları” şirkətinin Şamaxının Meysəri kəndində olan zavoduna baş çəkib. Burada onlar yerli şərabların istehsal prosesi ilə tanış olub və dadına baxmaq imkanı əldə ediblər.

Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə – Sankt-Peterburq, London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda təşkil olunacaq.

A qrupunun üç oyunu, həmçinin, 1/4 final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama: “İfadələri alınır”

Ca Fev 13 , 2020
“Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə yayılan anonim informasiyalar istintaq-əməliyyat qrupuna təqdim olunub və tam, hərtərəfli araşdırılır”. Bunu Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. Onun sözlərinə görə, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir “Sosial şəbəkələr və bəzi internet saytlarında yayılmış […]

Sosial

İdman

Video