“SOCAR Terminal”da yükləmənin həcmi açıqlandı

2018-ci ildə “SOCAR Terminal”da (keçmiş “Petlim”) yükləmənin həcmi 280,276 min TEU-nu (20 fut olan konteynerə bərabərdir) ötüb.

Bu barədə Trend SOCAR-a istinadən məlumat yayıb.

Qeyd edək ki, Əliağada (Türkiyə) yerləşən terminal ölkənin Egey bölgəsində ən iri konteyner terminalı olaraq qalır. Terminalın illik buraxılış qabiliyyəti 1,3 milyon TEU-dur.

Danimarkanın “A.P. Moller-Maersk” şirkətinin bölməsi olan “APM Terminals” özünün “Petlim” konteyner terminalının SOCAR-a təhvil verilməsini 2018-ci il dekabrın 27-də başa çatdırıb.

“Petlim”in adı 2019-cu ilin martında dəyişdirilərək “SOCAR Terminal” olub.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

Ç Avq 14 , 2019
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan MDB ölkələrinə 749 milyon 97 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu rəqəm 2018-ci ilə nisbətən 148 milyon 591 min dollar çoxdur. 2019-ci ilin yeddi ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 823 milyon 900 […]