Sözdə birlik, əməldə təklik – AXCP və Müsavat arasında yeni “savaş” başlanıb

Fevralın 9-a Azərbaycanda təyin edilmiş növbədənkənar parlament seçkiləri radikal müxalifət cəbhəsində yeni gərginlik yaradıb.

Xüsusən də AXCP və Müsavat partiyaları arasında ənənəvi və əzəli qarşıdurma, didişmə və aşağılayıcı ittihamlar qarşılıqlı vüsət alıb. Necə deyərlər, iki partiya arasındakı “münaqişə ocağı” yenidən alovlanıb. Özü də nə üstə – niyə biz parlament seçkilərində iştirakdan imtina etmişik, sizsə canla-başla seçkilərə qatılırsınız?!

Məlumunuz, özünü demokratik qüvvələrin “Milli Şurası” adlandıran düşərgə Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini duyar-duymaz, “boykot” qərarı verdi. Həm də seçkilərin hansı hallarda boykot edildiyini bilmədikləri halda…

Bir sözlə, sözdə birlik, əməldə təklik sindromundan qurtula bilməyən, Əli Kərimli kimi avantürist, eqoist və təkəbbürlü birinin əlində əsir olan “Milli Şura” yenə təkləndi. Özü də bu təklənmə həmişəki kimi dərnəyin ən radikal üzü olan AXCP tərəfindən edildi.

Təbii ki, nə Müsavat partiyasına, nə də “Milli Şura”da təmsil olunan digər partiyalara haqq qazandırmaq fikrində deyilik. Özünə güvənən hər bir siyasi təşkilat ölkədə keçirilən seçki kimi mühüm bir prosesdə iştirak etməli və elektoratının səsini müdafiə etməlidir. Bəs, AXCP nə edir? – həmişəki kimi cığallıq, paxıllıq və cahillik. Səbəb isə bəllidir – olduqca məhdud saylı elektorat, yəni seçici, yəni tərəfdar…

26 ildə özünə ciddi bir elektorat yığa bilməyən radikallar təbii olaraq daim aqressiya və kin püskürəcək, daim tərəfdar dediklərini aşağılayacaq, daim özünü haqlı və güclü sayacaq və daim öz bulunduğu düşərgəni yandırıb yaxacaq…

Ona görə də bu iki siyasi düşərgə (AXCP-Müsavat) arasında gedən savaş əzəli olduğu qədər də başadüşüləndir. Atalar demiş, dəyirman öz işini görər, çaq-çaq baş ağrıdar…

Trend

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı

Be Yan 13 , 2020
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb. AMB-dən Trend-ə bildirilib ki, yanvarın 13-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 883,95 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76 faiz təşkil edib. […]