Süleymaninin meyitini onlar görüntüləyiblər

ABŞ ordusunun xüsusi təyinatlı qüvvələrinin iranlı general Qasım Süleymaninin Bağdadda hava hücumuna məruz qaldığı an ərazidə olduğu ortaya çıxıb.

Bu barədə “Haber7” məlumat yayıb.

Bildirilib ki, ABŞ ordusunun əsgərləri hücumdan dərhal sonra əraziyə gedib, Süleymaninin meyitini yoxlayıb və şəkillərini çəkiblər. Bundan sonra fotolar “Fox News” kanalına ötürülüb.

İranlı generalın üzərində olan pulqabı, tapança, tüfəng və şeir kitabının fotosu paylaşılıb.

Görüntülərin Süleymaninin pilotsuz uçuş aparatından atılan raketlə vurulmasından bir-iki dəqiqə sonra onları bir kilometrdən az məsafədə izləyən ABŞ ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən çəkildiyi vurğulanıb.

Raketin verdiyi zərəri dəyərləndirməklə vəzifələndirilən qrup yanan maşını və içindəki cansız bədənləri görüntüləyib və hücumun nəticəsini təsdiqləyib.

Hərbçilərin Süleymaninin telefonunu və digər elektron cihazlarını da götürmək istədikləri, lakin  yanğın səbəbindən bunu edə bilmədikləri vurğulanıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib - YENİLƏNİB + FOTO/VİDEO

Ça Yan 14 , 2020
Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirədə giriş nitqi söylədi. Prezident İlham Əliyevin nitqi – Bu gün biz ötən ilin yekunları haqqında danışacağıq, görüləcək işlər barədə fikir mübadiləsi aparılacaqdır. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün […]