Sumqayıt Dünya məktəbində “Çini tanıyaq” adlı açıq dərs keçirilib

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Xəzər Universiteti – Sumqayıt Dünya məktəbində keçirilən Çin dili fakultativ dərslərində “Çini tanıyaq” adlı açıq dərs təşkil olunub.

ADU-dan Trend-ə bildirilib ki, Çin dili fakultativ dərslərinin keçirilməsində əsas məqsəd məktəblilərdə Çin dili və mədəniyyətinə marağın artırılmasından həmçinin bu sahədə istedadlı gənclərin yetişdirilməsindən ibarətdir. Çin dili fakultativ dərslərini tədris edən Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva məktəblilərə Çinin mədəniyyəti, tarixi, coğrafiyası haqqında məlumat verib. Məktəblilərə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun müəllifi olduğu Azərbaycan dilində ilk “Çin dili dərs vəsaiti” hədiyyə olunub.

Həmçinin, hökm sürən koronavirus epidemiyasının Çində yaratdığı fəsadlardan da danışıb. Məktəblilərin marağına səbəb olan açıq dərsin sonunda ADU-nun Çinşünas tələbələrinin Çin xalqı ilə həmrəyliyini ifadə edən “Uxan, biz səninləyik!” adlı videoçarx nümayiş olunub.

Sonda məktəblilər də çinli yaşıdlarına dəstək məqsədi ilə “Çin, möhkəm ol!” adlı videoçarxın çəkilişində iştirak ediblər.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Paytaxtda piyadanı maşınla vurub öldürən sürücü yaxalandı

Ç Fev 12 , 2020
Bakıda piyadanı maşınla vurub hadisə yerindən qaçan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, fevralın 8-də saat 5 radələrində Nizami rayonunun R.Rüstəmov küçəsində yolu keçən Bakı şəhər sakini Edqar Cəlilov müəyyən edilməmiş avtomobillə vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada fevralın 11-də orada ölüb. Bakı ŞBPİ-nin Təhlükəsiz […]

Sosial

İdman

Video