Sumqayıt sakinləri Balakəndə narkotiklə tutuldu – FOTO

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən Balakən şəhəri ərazisində hərəkətdə olan “Opel” markalı avtomobil saxlanılan zaman sürücü və sərnişinlərdə narkotik vasitə olması barədə şübhəli hərəkətlər hiss edildiyindən həmin nəqliyyat vasitəsi və şəxslər polis şöbəsinə gətirilib.

Həmin şəxslərin Sumqayıt şəhər sakinləri 36 yaşlı Fuad Quliyev, 34 yaşlı Şahin Səfərov və 45 yaşlı Zaur Əlizadə olduqları müəyyən olunub.

Şəxsi axtarış zamanı F.Quliyevdən sellofan torbada 230 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana, Z.Əlizadədən siqaret qutusunda metamfetamin psixotrop maddəsi aşkar edilərək, maddi sübut kimi götürülüb.

Ş.Səfərova məxsus “Opel” markalı avtomobilə baxış keçirilən zaman oradan da metamfetamin və qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Posted in Din

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

"Dərs vaxtı"nın bu günə olan cədvəli - FOTO

Ca Mar 26 , 2020
“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 26-sı üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. […]

Sosial

İdman

Video