Təbii və texnogen mənşəli hadisələr nəticəsində 49 nəfər həlak olub – AZƏRBAYCANDA

2019-cu ilin I yarımilliyi ərzində respublika ərazisində 7141 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci ilin I yarımilliyi ilə müqayisədə 327 hadisə və ya 5% çoxdur.

Astv.news bildirir ki, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 49 nəfər həlak olub, 178 nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 43 nəfər xilas edilib, 874 nəfər təxliyə olunub.

2019-cu ilin I yarımilliyi ərzində respublika ərazisində 91 təbii mənşəli hadisə qeydə alınıb, 2 nəfər insan tələfatı olub. Hesabat dövründə təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 133 nəfər təxliyə edilib.Medicina.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

ÜST: "2030-cu ilə qədər 4,5 milyon insan müxtəlif növ hepatitlərdən ölə bilər"

C İyl 26 , 2019
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hepatit ilə bağlı hesabatını açıqlayıb. Astv.news xəbər verir ki, bu barədə təşkilatın araşdırmalar şöbəsinin müdiri Mark Baltreys bildirib. Məlumata görə, dünyada 325 milyondan çox  insan Hepatit B və C virusuna yoluxub. Belə ki, 257 milyondan çox insan hepatit B, 71 milyon xroniki Hepatit C infeksiyası ilə […]

Sosial

İdman

Video