Təhsil nazirindən yeni TƏYİNATLAR

Təhsil Nazirliyində kadr dəyişikliyi baş verib.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov Təhsil İnstitutunun direktor müavini təyin edilib.

Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsinə isə bundan əvvəl Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun direktoru vəzifəsində çalışan Vəfa Yaqublu təyin olunub.

Bundan əlavə, Təhsil nazirinin əmri ilə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışan Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsi isə bu şöbənin müdir müavini vəzifəsində çalışan Nərminə Hüseynovaya həvalə olunub.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Vüsal Qasımlı özünə müavin təyin etdi

Ca Yan 9 , 2020
Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn mərkəzdə icraçı direktorun müavini vəzifəsinə təyin olunub. Astv.news məlumatına görə, bu barədə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı əmr imzalayıb. Qeyd edək ki, Ramil Hüseyn bu vaxta qədər İİTKM-in Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri vəzifəsində çalışıb. Oxu.Az Oxunma sayı […]

Sosial

İdman

Video