Tənqidçi təsadüfən bahalı incəsənət əsərini məhv etdi

Art-tənqidçi Avelina Lesper Mexikoda baş tutan müasir incəsənət yarmarkasında peşəkar rəssamın əsərini məhv edib.

“The Guradian” xəbər verir ki, tənqidçi əsərə qarşı mənfi münasibətini bildirmək üçün onun yanına qazlı içki bankası qoyub.

Bu zaman instalyasiya yerə düşərək çilik-çilik olub.

İncəsənət əsəri şüşə parçasından, həmçinin onun altına qoyulmuş daşdan, futbol topundan və digər əşyalardan ibarət olub.

Bu əsərin müəllifi meksikalı rəssam Qabriyel Rikodur. Öz əsərlərində rəssam insan tərəfindən hazırlanan obyektləri (tennis topu, qılınc) təbiətdə olan obyektlərlə müqaisə edir.

Qeyd etmək lazmdır ki, bu instalyasiyanın qiyməti 20 min ABŞ dolları idi.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ölkəyə qanunsuz protez diş keçirmək istəyən şəxs tutuldu - FOTO

Ça Fev 11 , 2020
Ölkəyə 3626 ədəd protez diş keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Məlumata görə, Komitənin Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Mercedes-Benz 200” markalı nəqliyyat vasitəsilə ölkəmizə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən […]

Sosial

İdman

Video