Tahir Budaqov: Siyahıyaalmadan kənarda qalan şəxslərin hamısının siyahıyaalınması təmin edilib

Siyahıyaalmadan kənarda qalan şəxslərin müraciətləri əsasında onların hamısının siyahıyaalınması təmin edilib.

Astv.news məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib.

Siyahıyaalmanın bütün dünyada BMT-nin elan etdiyi raund əsasında həyata keçirildiyini deyən T.Budaqov əlavə edib ki, əhalinin müəyyən faizi siyahıyaalınmadan kənarda qala bilər: “Amma son vaxtlar siyahıyaalınma ənənəvi üsullarla yanaşı, inzibati məlumat mənbələrindən istifadə yolu ilə də həyata keçirilir. Azərbaycanda ilk dəfə bu siyahıyaalma zamanı təsərrüfatbaşına uçot kitablarından da istifadə həyata keçirilib”.

T.Budaqov qeyd edib ki, hazırda müvəqqəti müddətli müqavilə əsasında işə cəlb olunan 51 nəfər operator tərəfindən siyahıyaalma materiallarının məlumat bazasına daxil edilməsi prosesi həyata keçirilir. Bu ilin sonunadək bu proses başa çatdırılacaq: “Bundan sonra proqram əsasında müxtəlif parametrlər üzrə çıxış cədvəllərinin alınmasına başlanılacaq və bu proses də bir il davam edəcək. Yekun olaraq təxminən 30 cilddən ibarət siyahıyaalmanın nəticələrini əks etdirən məcmuə nəşri ilə bu prosesə son veriləcək”.

Trend.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda qızıl və gümüş ucuzlaşdı

Ç Yan 22 , 2020
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Astv.news məlumatına görə, yanvarın 22-də qızılın qiyməti yanvarın 21-i ilə müqayisədə 23,0095 manat azalaraq 1 unsiya üçün 2640,1595 manat təşkil edib. Gümüş 0,6624 manat ucuzlaşaraq 1 unsiya üçün 30,1862 manata bərabər olub. Platinin qiyməti 37,5105 manat azalaraq 1702,3375 manat, palladiumun qiyməti 161,1855 manat azalraq 4125,084 manat […]

Sosial

İdman

Video