Tanınmış idmançı və veteranlarımıza yubiley medalı verildi – FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 27 may tarixli 1205 nömrəli sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunan şəxslərə medallar təqdim edilib.

Eurasia Diary-nin verdiyi məlumata görə, yubiley medalı ilə təltif olunanlar arasında Olimpiya, Paralimpiya, dünya və Avropa çempionu adına yiyələnmiş idmançılar və idman veteranları da var.

Belə ki, karyerasını indi davam etdirənlərdən karateçi Rafael Ağayev, kikboksçu Eduard Məmmədov, taekvondoçu Radik İsayev, paracüdoçular İlham Zəkiyev, Ramil Qasımov, Afaq Sultanova, paraatlet Oluxan Musayev, qadın güləşçisi Mariya Stadnik, sərbəst güləşçilər Toğrul Əsgərov, Hacı Əliyev, şahmatçılar Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov bu mükafata yiyələniblər.

Həmçinin karyerasını bitirən idman veteranlarından Fərid Mansurov (yunan-Roma güləşi), Namiq Abdullayev (sərbəst güləş), Elnur Məmmədli, Nazim Hüseynov (hər ikisi cüdo), Lyudmila Şubina (həndbol), Zemfira Meftahətdinova (atıcılıq), Ceyhun Məmmədov (sambo), Fariz Nəcəfov (karate), Oleq Panyutin (paraatletika), Natali Pronina (paraüzgüçülük), Gündüz İsmayılov (parapauerliftinq) və Ramin İbrahimova (paracüdo) yubiley medalı verilib. (Oxu.Az)

 

 

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Deputat: "Bu görüşün Azərbaycana etibar edilməsi ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir"

Ca İyl 11 , 2019
“Bakının növbəti dəfə güc mərkəzlərinin görüşü üçün məkan seçilməsi heç də təsadüfi deyil. Bu, Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verir”. Astv.news xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Eldəniz Səlimov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod […]