Teledərslərin yayımı müvəqqəti dayandırılacaq

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının yayımı müvəqqəti dayandırılacaq.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, sabah teledərslərin keçiriləcəyi son gün olacaq. Dərslərə Novruz bayramı ilə əlaqədar fasilə verilir. Martın 24-dən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımı davam etdiriləcək.

Xatırladaq ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən bütün təhsil müəssisələrində tədris dayandırılıb. Bununla əlaqədar, martın 11-dən etibarən Təhsil Nazirliyinin dəstəyi ilə şagirdlər üçün teledərslərin keçirilməsinə başlanılıb.

Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

İbtidai sinif şagirdləri üçün “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci sinif şagirdləri üçün isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim edilir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Seçkilərdən sonrakı müxalifət

Ç Mar 18 , 2020
Plan və proqramlarını açıqladılar Parlament seçkilərindən 40 gün keçir. Seçkilərdə parlamentə düşməyən müxalifətin qarşıdakı dövr üçün plan və proqramları varmı? Koronavirusun və neftin qiymətlərinin enməsinin dünya üçün gətirdiyi böhrana müxalifət düşərgəsinin münasibəti necədir? Müxalifət qarışıqlıq və panikadan öz siyasi çıxarları üçün istifadə edərmi, iqtidardan vurulmuş məmurlar təmas, bağlılıq istəsə, onlarla […]