Türkiyə Suriyanı qondarma soyqırıma görə ittiham etdi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Suriya parlamentinin qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.

Türkiyə XİN-in mətbuat katibi Hami Aksoy APA-nın Türkiyə bürosuna açıqlamasında bildirib ki, Suriya parlamentinin 1915-ci ildə baş vermiş hadisələri “soyqırımı” kimi tanıması ikiüzlülüyün təzahürüdür.

“Bu addım uzun illərdir öz xalqını qətlə yetirən, milyonlarla insanı öz evindən didərgin salan və kimyəvi silahdan istifadə məharəti yaxşı bilinən rejimin ikiüzlülüyünün təzahürüdür. Suriya hakimiyyətinin baiskar olduğu fəlakət davam edir və bu fəlakət bizim sərhədlərimizdə yaşanmaqdadır. Dəstək verilməyən iddiaların beynəlxalq aləmdə legitimliyini itirmiş zalım rejim tərəfindən irəli sürülməsi isə bunun arxasında yatan əyri zehniyyətin açıq təzahürüdür”, – deyə XİN rəsmisi vurğulayıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda 15 manat borca görə tanışını öldürən şəxs 10 il həbs cəzası aldı - VİDEO

C Fev 14 , 2020
2018-ci il iyunun 2-də Nizami rayonun Keşlə qəsəbəsində pul borcuna görə yaranan mübahisə zamanı Şirvan sakini Səməd Pənahov Bakı şəhər sakini Röyal Rəhimova qarşı idman fəndi işlədərək, ona ağır xəsarət yetirib. Nəticədə zərərçəkmiş 2 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib, tibbi yardım göstərilməsinə baxmayaraq 6 gündən sonra vəfat edib. Məhkəmə-tibbi ekspertizasının […]

Sosial

İdman

Video