Türkiyədə bütün milli və beynəlxalq tədbirlər aprelin sonunadək təxirə salındı

Türkiyədə açıq və ya qapalı formada keçiriləcək bütün görüş və ya fəaliyyətlər aprel ayının sonuna qədər təxirə salınıb.

“HaberGlobal” bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”də yayımlanan xəbərə əsasən məlumat yayıb.

Koronavirus pandemiyasının Türkiyədə yayılmasının qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyü vurğulanan təlimatda qeyd edilir:

“Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq üçün Səhiyyə Nazirliyinin nəzdindəki Koronavirus Elmi Şurasının tövsiyələrinə əsasən, milli və beynəlxalq səviyyədə açıq və ya qapalı formada keçiriləcək hər hansı bir elmi, mədəni, bədii və oxşar görüşlərin və ya tədbirlərin aprel ayının sonuna qədər təxirə salınması məqsədəuyğun hesab edilir”.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

C Mar 20 , 2020
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Mehriban Əliyevanın “Instagram” hesabında paylaşılmış təbrik mətnində deyilir: “Əziz həmvətənlər! Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram […]

Sosial

İdman

Video