Türkiyədən sonra Azərbaycanda da zəlzələ ola bilərmi? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi Türkiyənin Elazığ vilayətində 6.8 bal gücündə zəlzələ baş verib. Baş verən ardıcıl zəlzələlər nəticəsində 21 nəfər həlak olub, 1500-ə yaxın şəxs yaralanıb. Türkiyədən sonra Azərbaycanda da güclü zəlzələ ola bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, Türkiyədəki zəlzələnin Azərbaycanla hər hansı bir əlaqəsi yoxdu:
“Dünən orada baş verən zəlzələ güclü idi. Ümumiyyətlə Türkiyənin ərazisi aktiv bölgədir. Oradakı qırılmaların Azərbaycanla bir bağlılığı yoxdur. Seysmik bölgələrdə zəlzələlər həmişə olur. Amma heç kim onun dəqiq proqnozunu verə bilməz. Azərbaycana gəldikdə bizdə də aktiv bölgələr var. Bilirsiniz ki, Azərbaycanda vaxtaşırı hiss olunan və olunmayan zəlzələlər qeydə alınır. Amma heç kəs birmənalı şəkildə zəlzələ olacaq və ya olmayacaq kimi proqnoz verə bilməz”.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Hava bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər

Şb Yan 25 , 2020
25 yanvarda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə sulu qar, qar yağacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında […]

Sosial

İdman

Video