Türkürpədici qətl: Arvadının boğazını kəsdi, dərisini soydu, iz itirmək üçün meyiti doğradı

Meksikada 25 yaşlı qadın əri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Ölkənin paytaxtı Mexiko şəhərində İnqrid Eskamilla Varqas adlı gənc qadın əri tərəfindən boğazı kəsilərək öldürülüb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Cinayətkar ər arvadını öldürdükdən sonra üzündən başlayaraq ayaqlarına qədər onun dərisini soyub. Daha sonra isə daxili orqanlarını çıxarıb. Bundan sonra da cəsədi hissələrə ayırıb.

Vəhşi cinayət hadisəsi Meksika xalqını ayağa qaldırıb. Ölkə mətbuatında bu hadisə gündəmə çevrilib. İnsanlar küçələrə axışaraq etiraz aksiyası keçirməyə başlayıblar.

İnsanlar İnqridin yaşadığı evi gül dəstələrinə qərq ediblər.

Cinayətkar ər Erik Fransisko Robledo polisə hadisəni guya özünümüdafiə zəmnində etdiyini bildirib. Daha sonra törətdiyi cinayəti detallarına qədər təsvir edib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində iki nəfər var

C Fev 14 , 2020
1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) yoluxucu xəstəliklər şöbəsində iki nəfər müşahidə altında saxlanılır. Astv.news xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub. Məlumata görə, fevralın 14-ü üçün yoluxucu xəstəliklər şöbəsində iki nəfər var. Pekində təhsil alan 1994-cü […]

Sosial

İdman

Video