Üç erməni idmançını məğlub edən Bakı məktəblisi

Paytaxt məktəblisi İranda keçirilən beynəlxalq yarışda böyük uğura imza atıb.

Astv.news məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 258 nömrəli tam orta məktəbin X sinif şagirdi Vəli Vəliyev karate idman növü üzrə beynəlxalq yarışda bütün rəqibləri üzərində qalib gələrək Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib.

12 ölkənin qatıldığı yarışda V.Vəliyev 57-60 kiloqram çəki dərəcələrində 3 erməni idmançını məğlub edərək yüksək xal hesabı ilə qızıl medal və kuboka layiq görülüb.

Qeyd edək ki, bu Bakı məktəblisinin ilk uğuru deyil, bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda ümumilikdə 12 qızıl medal qazanıb.

Trend.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Xaçmaz sakinindən 3 kiloqrama yaxın heroin və metamfetamin götürülüb

Ca Fev 13 , 2020
Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi avtomobildən 2 kiloqramdan artıq heroin və 835 qram metamfetamin götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Çaxırlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb. Avtomobilə […]

Sosial

İdman

Video