UNEC-də qış imtahan sessiyası ilə bağlı ilk “Açıq qapı” günü keçirilib (FOTO)

“Açıq qapı” günündə UNEC-in rektoru, professor Ədalət Muradovla birlikdə İctimai Nəzarət Şurasının üzvləri – təhsil eksperti, professor Şahlar Əsgərov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, həmçinin universitetin aidiyyatı struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Universitetdən Trend-ə verilən məlumata görə, “Açıq qapı” imtahan sessiyası ilə bağlı keçirilməsinə baxmayaraq, bu məsələyə aid müraciətlər az olub. Bu barədə cəmi 3 tələbənin müraciəti olub ki, onlar da dinlənilərək ətraflı araşdırılması üçün müvafiq strukturkarın rəhbərlərinə tapşırıq verilib. Bundan başqa, təhsil haqqı ilə bağlı rektora ünvanlanan valideyn müraciəti elə professor Ədalət Muradov tərəfindən müsbət həll edilib.

“Açıq qapı”da işə qəbulla bağlı da müraciətə baxılıb. Qəbulda, habelə tanınmış naşir, “Qanun” Nəşriyyat Evinin rəhbəri Şahbaz Xudoğlunun təklifləri dinlənilib. UNEC-in, bu nəşriyyatın məhsulu olan və iqtisadiyyatın müxtəlif sahələrinə aid kitabları alması, universitetin tədqiqatçıları ilə birgə elmi nəşrlərin hazırlanması, ümumiyyətlə UNEC-lə nəşriyyat arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Nəzərə alınıb ki, irəli sürülən təkliflər göstərilməklə UNEC-lə “Qanun” Nəşriyyat Evi arasında əməkdaşlığa dair memorandum layihəsi hazırlansın və qəbul edilsin.

  • UNEC-də qış imtahan sessiyası ilə bağlı ilk “Açıq qapı” günü keçirilib (FOTO)

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Əli Əhmədov: YAP parlament seçkilərinə ciddi şəkildə hazırlaşıb

Şb Yan 11 , 2020
Böyük seçki təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyası parlament seçkilərinə ciddi şəkildə hazırlaşıb. Astv.news  məlumatına görə, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində deyib. Ə.Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini, bütün […]

Sosial

İdman

Video