Valideynlər məktəb direktorunu qovdu, nazirlik işə qarışdı

Təhsil Nazirliyi Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin 1 nömrəli tam orta məktəbinə təyin olunan direktorun şagird valideynləri tərəfindən qovulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən Report-un sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrinə direktor təyinatı Təhsil Nazirliyinin səlahiyyətindədir:

“Direktor mərkəzləşdirilmiş müsabiqə əsasında Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq təyin olunur və yerli təhsili idarəetmə qurumunun rəhbəri tərəfindən kollektivə təqdim olunur.

Sözügedən məktəbdə direktor vəzifəsi 2018-ci il yanvar ayından Çinarə Atayevaya həvalə olunub”.

Nazirlikdən yeni direktor təyinatı ilə bağlı əlavə məlumat veriləcəyi vurğulanıb.

Qeyd edək ki, Ceyranbatan qəsəbəsinin 1 nömrəli tam orta məktəbində yeni direktorun qovulması ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, məktəbin hazırkı direktoru Çinarə Atayevanın başqa yerə təyinatını istəməyən pedeqoji heyət və valideynlər yeni direktoru qəbul etməyiblər.

Müəllimlər yeni direktoru məktəbə buraxmayacaqlarını bildiriblər. Bununla bağlı məktəbdə nəzarətin gücləndirildiyi bildirilir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda neçə nəfər səkkiz min manatdan çox maaş alır? - RƏSMİ

Ca Fev 13 , 2020
“Azərbaycanda vergi güzəştləri həmişəlik deyil, müəyyən müddətə tətbiq olunur. Bu güzəştlərin yerini doldurmaq üçün potensial kifayət qədər böyükdür”. Bunu Report-a açıqlamasında İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, bu güzəştlərin hesabına dövlət büdcəsinin itkilər olduqca çox olsa da, dolayısı ilə həmin itkilər kompensasiya olunur. “Məsələn, kənd təsərrüfatı sahəsini götürsək, […]

Sosial

İdman

Video