Vilayət Eyvazov rüşvət alan polisi işdən qovdu – VİDEO

Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazov rüşvət alan polis əməkdaşını işdən çıxarıb.

Unikal.org-un məlumatına görə, Vilayət Eyvazovun əmri ilə Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev polisin nüfuzuna və daxili işlər orqanı əməkdaşı adına ləkə gətirdiyinə görə Mehdiyev Daxili İşlər orqanlarında xidmətdən xaric edilib.

Xəbəri Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Unikal.org-a təsdiqləyib.

Qeyd edək ki, bir müddət öncə Sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılmışdı. Görüntülərdə yük maşınlarının sürücülərindən “postun pulu” adı ilə 10 manat istəyən YPX əməkdaşı əks olunub. Sürücü isə 15 manatı olduğunu desə də, inspektor “qaydanın belə olduğunu” əsas gətirərək pulu qəbul etmir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda gənc itkin düşdü

Ça Yan 14 , 2020
Bakının Qaradağ rayonunda 22 yaşlı oğlan itkin düşüb. Astv.news xəbər verir ki, yanvar ayının 12-də paytaxtın Qardağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində yaşayan 1998-ci il təvəllüdlü İ.Salayev evdən çıxıb və geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır. Oxu.Az Oxunma sayı : 42