Vüqar Kərəmov Yaponiyada zədələnsə də, qələbə qazandı – FOTO/VİDEO

Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmovun “Rizin” turnirində debütü uğurlu alınıb.

Astv.news  xəbərinə görə, 28 yaşlı idmançımız Yaponiyanın Hamamatsu şəhərində keçirilən “Rizin 21” turnirində özündən iki yaş böyük Quam (ABŞ) təmsilçisi Kayl Aquondan üstün olub.

Görüş əsnasında sağ qaşından zədə alsa da, idmançımız hakimlərin yekdil qərarına əsasən qalib elan edilib.

Bu, onun peşəkar MMA karyerasında 15-ci qələbəsi olub. Həmçinin, bu döyüşlə V.Kərəmov ardıcıl 11-ci qələbəsini qazanıb.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Üç gün ərzində hava necə olacaq? - AÇIQLAMA

Şb Fev 22 , 2020
Fevralın 24-də ölkə ərazisində cənub-qərb küləyinin güclənməsi müşahidə olunacaq. Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitində mühüm dəyişiklik gözlənilmir: “Fevralın 22-si, 23-ü və 24-də Bakıda və Abşeron yarımadasında […]

Sosial

İdman

Video