Xəbər agentliyinin müxbiri intihar edib

“RİA Novosti”nin müxbiri Moskvada binanın səkkizinci mərtəbəsindən özünü atıb.

Bu barədə “112” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, İspaniya vətəndaşı olmasına baxmayaraq, Antonio Manuel Sançes Reqalado Rusiya mediasında işləyib. Jurnalist gündüz özünü pis hiss edib. O, təcili yardım çağıraraq yorğunluqdan, fikir dağınıqlığından şikayət edib. Həkimlər ona sakitləşdirici həblər veriblər.

Axşam isə onun cəsədini qonşusu tapıb. Antonio heç bir məktub qoymayıb.

Hazırda onun intiharının səbəbi araşdırılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Rüfət Dadaşov rəsmən ABŞ klubunda - FOTO

Ça Yan 14 , 2020
Millimizin futbolçusu Rüfət Dadaşov ABŞ-ın I divizion klubu “Finiks Rayzinq”ə keçib. Astv.news xəbər verir ki, o, 2020 mövsümü üçün müqavilə bağlayıb. Futbolçu yeni klubu haqda xoş sözlər deyib: “Mənim üçün “Finiks Rayzinq”də oynamaq arzumun reallaşmağıdır. 2014-cü ildə Azərbaycan millisi ilə ABŞ-a qarşı oynayandan mən Amerikada futbolu yaxından izləyirəm və burdakı […]

Sosial

İdman

Video