Xəstəxanaya yerləşdirilən Flora Kərimova: Ölməmişəm

Hazırda vəziyyətim yaxşıdır. Ölməmişəm.

Bunu Oxu.Az-a açıqlamasında 78 yaşlı Xalq artisti Flora Kərimova səhhətinin pisləşməsi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

“Müayinə üçün mütəmadi olaraq xəstəxanaya gedirəm. Dörd dəfə insult keçirmişəm. Bu dəfə də durduğum yerdə başım gicəlləndi. Bizimkilər qorxduqları üçün məni xəstəxanaya apardılar.

Sonra da bu xəbərlər çıxdı. İki gün xəstəxanada qaldım. İndi isə evdəyəm. Müayinədən sonra hər şeyin qaydasında olduğunu dedilər”,- Xalq artisti bildirib.

Flora Kərimova həkimlərdən razı qaldığını qeyd edib:

“Həkimlərdən çox razıyam. Onlara güvənirəm. Hər birinə təşəkkür edirəm”.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ötən il Təhsil Nazirliyinə daxil olan müraciətlər daha çox bu məsələlərlə bağlı olub

Ça Yan 7 , 2020
2019-cu il ərzində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 227 483 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində il […]