Xəzərdəki gəmilərə xəbərdarlıq edildi

Hazırda Xəzər dənizi akvatoriyasında müşahidə edilən və avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid bütün gəmilərə xəbərdarlıq göndərilib.

Bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib.

Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.

Bundan başqa, qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

AQTA və QMİ-dən Qurban bayramı ilə bağlı mühüm tövsiyələr

Be Avq 5 , 2019
Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadırtipli heyvan kəsimi məntəqələrinin siyahısı açıqlanıb. Astv.news xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Trend-ə verilən məlumata görə, Qurban bayramı günlərində Respublika üzrə 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək. AQTA bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul […]